Xəbər verildiyi kimi fevralın 1-də Cəlilabadın Üçtəpə kəndində dəhşətli qətl hadisəsi baş verib.
MÖVZU İLƏ BAĞLI:
Qardaşının arvadından qisas almaq istəyib... - Cəlilabadda yeniyetmələrin baltalanmasının TƏFƏRRÜATI
Kənd sakini Əli Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 14 yaşlı Hüseyn Nağıyev və 15 yaşlı Həqiqət Nağıyevaya balta ilə xəsarətlər yetirib. Həqiqət Nağıyeva həyatını itirib, Hüseyn Nağıyev isə yaralıdır.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə H.Nağıyevin müalicəsi davam edir.
“01.02.2026-cı il tarixində saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Əli Nağıyev Prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Naibə Məmmədova, Bizim.Media






































































































