“Kəpəz” klubunun futbolçusu Versəl Rzayevin son durumu məlum olub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanadan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 03.02.2026-cı il tarixində saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər
Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır" deyə məlumatda
bildirilib.
Qeyd edək ki, hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:37 / 03.02.2026
“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU
Hazırda oxunan: “Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU
Hazırda oxunan: “Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU
594181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































