Masazırda partlamış su borusu təmir edildi - Amma keyfiyyətli iş sual altındadır... – VİDEO

Masazırda partlamış su borusu təmir edildi - Amma keyfiyyətli iş sual altındadır... – VİDEO

Hazırda oxunan: Masazırda partlamış su borusu təmir edildi - Amma keyfiyyətli iş sual altındadır... – VİDEO

594094

Masazır qəsəbəsində su borusunun partlaması ilə bağlı bir müddət əvvəl yazı dərc etmişdik. Qaldırılan məsələ aidiyyəti qurum tərəfindən nəzarətə götürülüb və su axıntısı dayandırılıb, kanalizasiya sistemi qurulub. Bu, müsbət haldır və xüsusilə də içməli suyun daha artıq itkisinin qarşısının alınması baxımından əhəmiyyətlidir. Aydın məsələdir ki, qəza hallarının operativ şəkildə aradan qaldırılması əsas məsələdir.
 

MÖVZU İLƏ BAĞLI:

Masazırda içməli su borusu bir ildən çoxdur ZƏDƏLƏNİB – Tonlarla su çölə axır – VİDEO


Lakin görülən işin görüntüsü ürəkaçan deyil. 

Ərazidə aparılan qazıntı işləri səliqəsiz vəziyyətdə qalıb. Torpaq örtüyü bərpa edilməyib, bu isə vizual baxımdan xoş görünmür.

Görülən işin keyfiyyəti, səliqəsi ən az problemin özü qədər önəmlidir. Təbii ki, əsas olan, içməli suyun axıb hədərə getməməsidir. Amma keyfiyyətli xidmət yalnız problemi aradan qaldırmaq deyil, onu düzgün və səliqəli şəkildə başa çatdırmaqdır. 


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO