Gəncədə vəfat edən 5 yaşlı qız epilepsiya xəstəsi olub – RƏSMİ AÇIQLAMA

Gəncədə vəfat edən 5 yaşlı qız epilepsiya xəstəsi olub – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Gəncədə vəfat edən 5 yaşlı qız epilepsiya xəstəsi olub – RƏSMİ AÇIQLAMA

593371

Gəncədə xəstəxanada vəfat edən 5 yaşlı Daşkəsən sakininin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə 5 yaşlı qız qıcolmadan vəfat etdi


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 27.01.2026-cı il tarixində saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:

"Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib".

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO