Generalın oğlu keçmiş sevgilisindən ÜZR İSTƏDİ

Generalın oğlu keçmiş sevgilisindən ÜZR İSTƏDİ

Hazırda oxunan: Generalın oğlu keçmiş sevgilisindən ÜZR İSTƏDİ

593240

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisindən üzr istəyib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə R.Orucovun keçmiş sevgilisi Nərmin Xudaverdiyeva məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA/VİDEO


O bildirib ki, paylaşımdan sonra polis əməkdaşları məsələni dərhal nəzarətə götürüblər və araşdırmalar başlanılıb:

"Dünən məni Nərimanov Rayon Polis İdarəsinə dəvət etdilər. Rüstəm Orucovu da idarəyə çağırdılar. O, əvvəlcə sosial şəbəkələrdə etdiyi əməlləri təkzib etsə də, Nərimanov Rayon Polis İdarəsində törətdiyi əməlləri boynuna alıb və yazılı surətdə etdiyi əməldən peşman olduğunu bildirdi.

Rüstəm Orucov anamdan və məndən üzr istəyərək, gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirdi. Buna görə də şikayətimi geri götürdüm.

Operativ və obyektiv yanaşmaya görə Daxili İşlər Nazirliyinə və Nərimanov Rayon Polis İdarəsinə öz təşəkkürümü bildirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO