Cəlilabadda Mişarçayda suyun səviyyəsi kritik həddə yaxınlaşdı - FOTO

Cəlilabadda Mişarçayda suyun səviyyəsi kritik həddə yaxınlaşdı - FOTO

Hazırda oxunan: Cəlilabadda Mişarçayda suyun səviyyəsi kritik həddə yaxınlaşdı - FOTO

593170

Son günlər qarın intensiv əriməsi çay və arxlarda suyun həcminin artmasına səbəb olub. Cəlilabad rayonunun ərazisindən axan Mişarçayda da suyun səviyyəsi kritik həddə yaxınlaşıb.

Bizim.Media xəbər verir ki, çayın üzərində yerləşən 4 su anbarı və 2 su yığıcı hazırda tam dolu vəziyyətdədir. Bu səbəbdən anbarlara daxil olan artıq sular nəzarətli şəkildə çayın yatağına buraxılır.
 

Hazırda ehtimal olunan subasma hallarının qarşısını almaq məqsədilə aidiyyəti qurumlar tərəfindən çıxış şlüzlərinin böyük hissəsi aktiv vəziyyətə gətirilib və vəziyyət daim nəzarətdə saxlanılır.


Qeyd edək ki, son illərdə Mişarçayda suyun səviyyəsində ciddi azalma müşahidə olunurdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO