Bakıya 400-ə yaxın avtobus gətirilib – RƏSMİ AÇIQLAMA

Bakıya 400-ə yaxın avtobus gətirilib – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıya 400-ə yaxın avtobus gətirilib – RƏSMİ AÇIQLAMA

593168

“Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

A.Rzayev qeyd edib ki, hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir:

“Ölkə üzrə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu ildən xüsusi “İctimai Nəqliyyat” büdcə fondunun yaradılması və daşıyıcılarla brutto-müqavilə sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO