Metroda sıxlığın qarşısını almaq üçün 11 avtobus xətti yaradılacaq – İSTİQAMƏTLƏR

Metroda sıxlığın qarşısını almaq üçün 11 avtobus xətti yaradılacaq – İSTİQAMƏTLƏR

Hazırda oxunan: Metroda sıxlığın qarşısını almaq üçün 11 avtobus xətti yaradılacaq – İSTİQAMƏTLƏR

593165

Bakıda metro şəbəkəsində aparılan yenidənqurma və xəttlərin şaxələndirilməsi dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədilə alternativ avtobus marşrutları təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bəzi istiqamətlərdə sərnişinlərin əlavə keçid etməsi və nəqliyyat dəyişməsi zərurəti yarana bilər ki, bu da metro daxilində sıxlığa səbəb ola bilər.
 

"Əgər sərnişin axını düzgün tənzimlənməsə, metronun daxilində sıxlıq yaranacaq və qatarların hərəkət intervalını azaltmaq mümkün olmayacaq. Buna görə alternativ nəqliyyat həlləri tətbiq edirik", – deyə A.Rzayev qeyd edib.


Sədr bildirib ki, aparılan hesablamalara əsasən, müəyyən sərnişin axınının müvəqqəti olaraq avtobuslarla daşınması planlaşdırılır. Bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq.

"Bu marşrutlar əsasən "Nizami–28 May", eləcə də "Əcəmi–28 May" kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək. Metronun fəaliyyətində yarana biləcək məhdudiyyətləri avtobuslar kompensasiya edəcək", – deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO