Həbsdə olan valideynlərin övladları dövlət müdafiəsinə GÖTÜRÜLƏCƏK

Həbsdə olan valideynlərin övladları dövlət müdafiəsinə GÖTÜRÜLƏCƏK

Hazırda oxunan: Həbsdə olan valideynlərin övladları dövlət müdafiəsinə GÖTÜRÜLƏCƏK

593143

Valideynlər valideynlik hüquqlarından məhrum olunduqda və digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, valideynlər öldükdə və ya məlum olmadıqda, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya valideynlik hüquqları məhdudlaşdırıldıqda, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar valideynlik vəzifələrini həyata keçirə bilmədikdə, uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etdikdə, uşaqları sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, cəzaçəkmə müəssisələrində cəza çəkdikdə, həmçinin valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO