Bakıda 15 yaşlı qızla evlənən şəxsə cinayət işi açıldı - RƏSMİ 

Bakıda 15 yaşlı qızla evlənən şəxsə cinayət işi açıldı - RƏSMİ 

Hazırda oxunan: Bakıda 15 yaşlı qızla evlənən şəxsə cinayət işi açıldı - RƏSMİ 

0:00
0:00
59296

Xəzər Rayon Məhkəməsi Bakıda yeniyetmə qızla evlənən 1993-cü il təvəllüdlü Mayıl Hadıyevlə bağlı qərar çıxarıb. 

Bizim.Media “Report”a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 15 yaşlı qızın körpəni evdə dünyaya gətirdiyi ÜZƏ ÇIXDI: Sonra xəstəxanaya aparılıbmış  


Xəzər Rayon Polis İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət əməlində təqsirləndirilən M.Hadıyevin barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Hazırda başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü M.Hadıyevlə ailə həyatı qurubmuş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO