Samuxda fəhlələri işə daşıyan mikroavtobusun aşması nəticəsində ölən və yaralananlar var.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.
Qəza zamanı 2000-ci il təvəllüdlü V.Əsgərov həyatını itirib. Xəsarət alanlardan hələlik M.Zülfüqarovun adı məlum olub. Digər yaralıların kimliyi müəyyənləşdirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

































































































