Yeni Günəşlidə təhlükə saçan LİFT – Nə zaman dəyişdiriləcək? – FOTO

Yeni Günəşlidə təhlükə saçan LİFT – Nə zaman dəyişdiriləcək? – FOTO

Hazırda oxunan: Yeni Günəşlidə təhlükə saçan LİFT – Nə zaman dəyişdiriləcək? – FOTO

592356

Yeni Günəşli Qəsəbəsi, AB yaşayış massivində yerləşən 125-ci binanın sakinləri tərəfindən redaksiyamıza şikayət daxil olub. Onların əsas narahatlığı yaşadıqları binanın lifti ilə bağlıdır.

Bina sakini Fərid Ağazadənin sözlərinə görə, sözügedən binanın 2-ci blokunda lift uzun müddətdir baxımsız vəziyyətdədir. Lakin əsas problem liftin baxımsızlığı deyil...

O qeyd edib ki, liftin döşəməsində dəliklər və çatlar da mövcuddur. Üstəlik, tez-tez nasazlıq yaranması bina sakinlərinin liftdə qalması ilə nəticələnir. Təhlükəli vəziyyət səbəbindən yuxarı mərtəbələrdə yaşayan bəzi bina sakinləri öz evlərinə qalxmaq üçün lift yerinə pilləkənlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə səhhətində problem olanlar, yaşlılar və uşaqlar üçün ciddi çətinliklər yaradır. 

Problem nə zaman həllini tapacaq?

Mövzuyla bağlı "Lifttəmir" İstehsalat Birliyinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq sözügedən liftin dəyişdiriləcəyi bildirilib:

"Lifttəmir" İstehsalat Birliyinin balansında olan istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdirilir. Bu liftin də növbəli şəkildə dəyişdirilməsi həyata keçiriləcək". 







Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO