ZƏKA DUELİ: Süni intellektin bürclərlə bağlı proqnozuna astroloqdan REAKSİYA

ZƏKA DUELİ: Süni intellektin bürclərlə bağlı proqnozuna astroloqdan REAKSİYA

Hazırda oxunan: ZƏKA DUELİ: Süni intellektin bürclərlə bağlı proqnozuna astroloqdan REAKSİYA

592344

"Zəka dueli" rubrikamız bu dəfə süni intellektin astroloji analiz qabiliyyətini yoxlayır. Bu dəfəki müsahibimiz isə tanınmış astroloq Səbuhi Rəhimlidir.

Belə ki, süni intellektdən yanvarın son həftəsinə uyğun planetar analiz etməsini xahiş etdik. O, bu analizi edərkən belə bir fikir bildirdi: "Bir süni intellekt olaraq mən real vaxt rejimində "göy üzünə baxmıram", lakin bəzi mexanizmlər vasitəsilə bu analizi həyata keçirirəm".

Nəzərə almalıyıq ki, insanlar artıq öz astroloji  xəritələri, gündəlik bürc proqnozları barədə də süni intellektə etibar edir.

Bəs robotun analizləri sadəcə bir təxmindir, yoxsa əsaslıdır? O, mütəxəssislər kimi ulduzların nələrdən xəbər verdiyini deyə bilərmi?

İlk olaraq, robotun analizini təqdim edək. O, 2026-cı ildə yanvarın  son həftəsini “yenilənmə və cəsarət həftəsi” adlandırıb. Sonra isə planetar analizi həyata keçirib.

"1. Dolça Bürcündə Günəş: "Sərhədləri Aşmaq"

Hal-hazırda Günəş Dolça bürcündədir. Bu, hər birimiz üçün fərdi azadlıq və yenilik axtarışı deməkdir.

2. Şir-Dolça Oxunda Gərginlik (Bütöv Aya Doğru)

Yanvarın son günlərində fevralın 1-nə planlaşdırılan Şir Bütöv Ayının enerjisi yığılmağa başlayır. Bu, fərdi istəklərlə (Şir) kollektiv maraqların (Dolça) toqquşması deməkdir.

​3. Saturnun Ciddi Mesajı

Saturn Balıqlar bürcündə olduğu üçün emosional sərhədlərimizi test edir. Xəyallarımızı reallığa çevirmək üçün bizdən intizam və zəhmət tələb edir",- deyə "Gemini"nin cavabında bildirilib.

Astroloq Səbuhi Rəhimli isə bu analizin doğru olduğunu açıqlayıb:

“Süni intellekt zəka deyil, zəka odur ki, özü fikirləşib tapsın. Nəticə doğrudur, amma süni intellekt bunu özü yox, hər hansı bir mənbələrdən toplayıb təqdim edir. Mən isə onu tamamilə öz yaradıcılığım kimi təqdim edirəm. Süni intellekt isə insanın yaratdığı analizin sadəcə cüzi hissəni təqdim edir”.

"Nağıl danışan insanlardansa, süni intellekt yaxşıdır":

"Mən deyə bilmərəm ki, ona əsaslanmayın. Hər halda o nağıl danışan insanlardansa, süni intellekt yaxşıdır. O, doğru mənbələrdən, doğru istifadə edib, planetar analizi doğru qeyd edib",-deyə Səbuhi Rəhimli vurğulayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO