Azərbaycanda satışda olan duru yağların (günəbaxan və qarğıdalı) əksəriyyəti bahalaşıb.
Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, bahalaşma ən çox Türkiyənin istehsalı olan yağlarda müşahidə edilir.
Bu gündən Türkiyənin istehsalı olan 1 litrlik "Kırlangıç" duru yağının (qarğıdalı) qiyməti 7,4 manat olub. Bir ay əvvəl bazarda sözügedən yağın qiyməti 5.6-6.6 manat arasında dəyişirdi.
Sözügedən yağın 2 litrinin qiyməti isə 14,4 manata yüksəlib. Bir ay əvvəl bazarda bu çəkidə olan sözügedən brendə məxsus yağ 10,9-13,6 manat arasında dəyişirdi.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:35 / 20.01.2026
Azərbaycanda bu yağlar bahalaşdı - FOTO
Hazırda oxunan: Azərbaycanda bu yağlar bahalaşdı - FOTO
Hazırda oxunan: Azərbaycanda bu yağlar bahalaşdı - FOTO
591712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































