“Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi keçirilir - Bu tarixdə sona çatacaq

“Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi keçirilir - Bu tarixdə sona çatacaq

Hazırda oxunan: “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi keçirilir - Bu tarixdə sona çatacaq

59136

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi davam edir.

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə 3 yaş qrupunda (6-9, 10-13, 14-18) iki mərhələ üzrə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.
Müsabiqənin I mərhələsi fevralın 28-dək davam edəcək. Bu mərhələdə rəsm işləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 37, Az 1123) poçtla və yaxud [email protected] elektron ünvanına göndərilməlidir.

Martın 1-dən 15-dək olacaq ikinci mərhələdə münsiflər heyəti tərəfindən qalib işlər müəyyənləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO