Neftçala rayonunun 2-ci Mayak kənd sakinləri mavi yanacağın olmamasından əziyyət çəkirlər.
Bizim.Media xəbər verir ki, onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək illərdir acınacaqlı vəziyyətdə yaşadıqlarını bildiriblər.
“Camaat təzək yığır. Onunla ev qızdırarlar?! Üstümüzdən hiss iyi gəlir. Bir yerə çıxan kimi hamı “bu nə qoxudur sizdən gəlir?” deyirlər. Soba sönən kimi evimiz buz kimi olur”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Digər bir vətəndaş isə belə deyib: “Kənddə heç kim qalmayıb. Cavanlar buradan çıxıb gedir. Qonşuların hamısı xəstə adamlardır. Qazımız yoxdur, hansı dövrdə yaşayırıq?!”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, ölkə üzrə qazlaşdırılmamış kəndlərin qazlaşdırılması Birliyin əsas prioritetlərindəndir:
“Qazlaşma proqramı daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Sözügedən yaşayış məntəqəsinə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər”.
Daha ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:56 / 17.01.2026
"Hamı deyir ki, bu nə iydir sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə - VİDEO
Hazırda oxunan: "Hamı deyir ki, bu nə iydir sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə - VİDEO
Hazırda oxunan: "Hamı deyir ki, bu nə iydir sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə - VİDEO
591329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































