Ötən gün ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 12,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:11 / 18.01.2026
DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Hazırda oxunan: DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Hazırda oxunan: DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
591327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































