ARB-nin cəzalanmasına səbəb olan serialın kinoteartda nümayişi dayandırıldı

ARB-nin cəzalanmasına səbəb olan serialın kinoteartda nümayişi dayandırıldı

Hazırda oxunan: ARB-nin cəzalanmasına səbəb olan serialın kinoteartda nümayişi dayandırıldı

591249

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu "Səkkiz" serialının "Park Cinema"da yayımı dayandırılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.
 

Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb.


Bildirilib ki, qurum həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

"Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO