10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO

10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO

Hazırda oxunan: 10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO

591247

Dekabrın 25-i paytaxtın Səbail rayonunda baş vermiş qəzada 10 yaşlı Sərxana operativ kömək edərək onu dərhal xəstəxanaya çatdıran polis polkovnik-leytenantı Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.
 

MÖVZU İLƏ BAĞLI: 

Hədiyyəsinə baxanda üzərinə yol nişanı aşan Sərxan evə buraxıldı - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova məlumat yayıb.

O bildirib ki, Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikayıl Gözəlovun oğludur. M.Gözəlov 1991-ci ilin dekabrında icra başçısı ikən Şuşada müəmmalı şəraitdə qətlə yetirilib.
 

Qeyd edək ki, Müşfiq Gözəlov polis zabiti kimi bir sıra vəzifələrdə çalışıb, hazırda Daxili İşlər Nazirliyində məsul postlardan birini tutur.


Onun bacısı Səbinə Gözəlova isə 2023-cü ildə Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub.

Xatırladaq ki, yol qəzasından xəsarət alan 10 yaşlı Sərxan dünən xəstəxanadan evə buraxılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO