Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Hazırda oxunan: Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

591224

2024-cü ilin sentyabr ayında Alp dağlarına yürüyüşə gedən 66 yaşlı italiyalı alpinist və ortopediya cərrahı Nikola İvaldo itkin düşmüşdü. İtaliyanın Piedmont bölgəsində təxminən bir həftə ərzində 50-dən çox xilasetmə işçisi ərazidə axtarış aparsa da, heç bir nəticə əldə edilməyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Piedmont üzrə Dağ və Mağara Xilasetmə Xidmətlərinin nümayəndəsi Simon Bobbio açıqlama verib.
 

Onun sözlərinə görə, 2025-ci ilin iyul ayında alpinistin cəsədini tapmaq üçün yenidən axtarışlar başlayıb. Bu dəfə isə Piedmont xilasetmə xidmətləri əlavə bir yardıma - süni intellektə müraciət ediblər.


Onlar əvvəlcə dağların qayalıq hissələrinə qədər girə bilən dronlarla 2600-dən çox fotoşəkil çəkib. Daha sonra isə bu şəkilləri təhlil edən süni intellekt proqramından istifadə ediblər.

Nəticədə, 1 ilə yaxın tapılmayan alpinistin cəsədi cəmi 3 gün ərzində süni intellekt tərəfindən müəyyən edilmiş ərazilərdən birində tapılıb.

Nümayəndə Bobbionun sözlərinə görə, süni intellektin radarına düşən qırmızı bir kaska sayəsində cəsədin 3150 metr yüksəklikdə olduğu müəyyən edilib.
 

İlkin axtarışda bu texnologiyadan istifadə etmək mümkün olmayıb. Ancaq xilasetmə qrupu bildirir ki, axtarışlar zamanı ənənəvi xilasetmə metodları ilə yanaşı artıq süni intellektdən də istifadə oluna bilər.


Alpinist İvaldo artıq həyatda olmasa da, axtarış-xilasetmə texnologiyasındakı bu sınaq onu göstərib ki, gələcəkdə itkin düşən insanların tapılmasında süni intellekt həyati önəm daşıyır.


Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO