Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

Hazırda oxunan: Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

591196

Yanvarın 16-da Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Nazir və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sonra Zəfər parkına gedən qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, görüşdə Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıqdan danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növləri olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində saxlanıldığını, həmin sahələrdə səmərəli nəticələrin birgə səylərlə əldə edilməsinin mümkün olduğunu vurğulayıb.

Tərəfləri maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Belarusun daxili işlər naziri milis general-leytenantı İvan Kubrakov səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Sonra nazirlər qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO