Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Hazırda oxunan: Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

591195

Qəbizlik üçün ideal səhər yeməyi seçimi açıqlanıb.

Bizim.Media xəbər verir ki, diyetoloq Emi Qoldsmit bildirib ki, yulaf sıyığı bağırsaq fəaliyyətini aktivləşdirir və qəbizlik probleminin aradan qaldırılmasına kömək edən ən faydalı səhər yeməklərindən biridir. Onun sözlərinə görə, yulaf əzməsi həm tərkibi, həm də təsir mexanizmi baxımından həzm sistemi üçün olduqca uyğundur.

Mütəxəssis izah edib ki, yulafın tərkibində beta-qlükan adlı həll olunan lif mövcuddur. Bu lif bağırsaqlara düşdükdən sonra fermentasiya prosesinə başlayır, faydalı bakteriyaların sayını artırır və iltihabın azalmasına kömək edir. Bu da bağırsaq fəaliyyətinin daha stabil və sağlam olmasına şərait yaradır.

Amy Goldsmith əlavə edib ki, yulaf ezmesi yalnız həll olunan deyil, həm də həll olmayan liflə zəngindir. Bu lif növü nəcisin həcmini artırır və onun yoğun bağırsaqdan daha asan və sürətli keçməsini təmin edir. Nəticədə qəbizlik əlamətləri yüngülləşir.

Diyetoloq yulaf sıyığının təsirini artırmaq üçün üzərinə qaragilə, banan və az miqdarda fıstıq yağı əlavə etməyi tövsiyə edib. O, həmçinin səhər yeməyinə yunan qatığı daxil etməyin bağırsaq sağlamlığı üçün faydalı olduğunu və bağırsaq hərəkətlərini asanlaşdırdığını vurğulayıb. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO