İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

Hazırda oxunan: İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

591185

5 ildir binaları sökülüb... Yeni mənzillərlə təmin olunacaqları vədi verilsə də, hələ də evsiz qalıblar...

Bizim.Media xəbər verir ki, bu sakinlər "İST rezidence" MMC-dən şikayətçidirlər. Bildirirlər ki, illərdir onlarla bağlanılan müqavilənin şərtlərinə əməl olunmur.

Onlar iddia edirlər ki, sökülən evlərinin yerində tikiləcək bina hazır olanadək onlara verilməli olan kirayə pullarının ödənişi ilə bağlı da problem yaşayırlar. Üstəlik, kirayə məbləği 5 il öncə 400 manat müəyyən edilsə də, hələ də artırılmayıb.

Şikayətçilərin iddiasına görə, onlara mənzillərinin veriləcəyi yer də dəyişdirilib. Hansı ki həmin ərazidə hələ söküntü işləri başlamayıb. Belə olan halda isə mənzillə təminatları da sual altına düşür.

Bütün iddialarla bağlı üz tutduq "İST rezidence" MMC-nin ofisinə. Heç kimi tapa bilməsək də, daha sonra şirkətin sədr müavini Xanlar Ağayevlə telefon əlaqəsi saxladıq. O iddia etdi ki, evləri sökülən ailələrə kirayə pullarının ödənişi ilə bağlı sadəcə 1 ay problem olub, hazırda isə heç bir problem yaşanmır. O ki, qaldı sakinlərin hansı binadan və nə zaman evlə təminatlarına...

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO