“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

Hazırda oxunan: “Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

591154

“Zəka dueli” rubrikamız davam edir. Xatırladaq ki, ötən rubrikamızda süni  intellektə şeir yazdırıb, şair münasibətini öyrəndik.

Rubrikamızın bu dəfəki qarşılaşması isə muğam ustası Alim Qasımov və süni intellektdir.

Belə ki, süni intellektdən Azərbaycan muğamı ifa etməsini xahiş etdik. O isə bunu tam olaraq
bacarmasa da, bir musiqinin həm sözlərini yazdı, həm də ifa etdi.

 “Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib”.

Bu sözləri Alim Qasımov robotun ifasına münasibət bildirərkən qeyd edib. O deyir ki, robotun oxuduğunu muğam adlandırmaq olmaz:

“Səsi yaxşıdır, amma insanın ruhuna toxuna bilmədi, inkişaf edəcək”.

Yəni nə vaxtsa robot muğamı oxuya, məşhur səsləri əvəz edə bilərmi? Allah üzümüzə baxıb ki,
muğamı ifa edə bilməyib”.

Alim Qasımov qeyd edib ki, bu mahnını bəstələyib, aranjman edib, oxuyubsa, muğamı da oxuyar. Çünki dünyamız daha da süniləşəcək. Yəqin ki, o, muğamı ifa edənə qədər biz dünyadan köçərik”.

Xanəndənin sözlərinə görə, robot müğənni kimi canlı olmasa da, səs yazmaları edə bilir:

“Mənə Almaniyadan bir musiqi göndərmişdilər, soruşdum ki, bunu kim oxuyub? Dedilər ki, süni intellektdir, pərt oldum”, - deyə Alim Qasımov əlavə edib.

İndi isə təbii və əsrarəngiz avazı ilə xalqın ruhunu oxşayan Alim Qasımovun ifalarından biri ilə süni intellektin ifa etdiyi muğamı təqdim edirik:


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO