Yanvarın 21-dən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları"ndan QSC (ADY) bildirilib.
Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək.
İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyin edilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq. Həmçinin Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 08:00-da əlavə reys təyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat 08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaq veriləcək.
Bundan başqa, Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.
Qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlı təmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.
Şənbə və bazar günlərində şəhərətrafı qatarların hərəkət cədvəli dəyişiklik edilmədən qüvvədə qalacaq.
Qeyd edək ki, ADY hərəkətin təhlükəsizliyinin, hərəkət vasitələrinin təhlükəsiz istismarının və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə davamlı olaraq infrastrukturu yeniləyir, hərəkət tərkiblərinin (qatar, lokomotiv, vaqon və s.) texniki baxışını və təmirini həyata keçirir.
Yeni hərəkət cədvəli ilə tanış olmaq üçün keçid edin: //ticket.ady.az/az/yeni-hereket-cedveli





- A-
- A
- A+
Cəmiyyət
18:17 / 16.01.2026
Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli YENİLƏNİR - FOTO
Hazırda oxunan: Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli YENİLƏNİR - FOTO
Hazırda oxunan: Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli YENİLƏNİR - FOTO
591147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































