Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

Hazırda oxunan: Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

591143

Prezident İlham Əliyevin  "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda etdiyi dəyişikliklər sosial şəbəkələrdə və internet platformalarında etik davranış qaydalarının hüquqi çərçivəyə salınmasını hədəfləyir.

Qeyd edək ki, dəyişikliyə əsasən sosial şəbəkələrdə, saytlarda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

Amma bir məqam da var ki, son illər sosial mediada yuxarıda sadalananlarla yanaşı gənc yazarların tarixi və ədəbi şəxsiyyətləri, dünyasını dəyişmiş məşhur aktyorları aşağılamasına da rast gəlinir.

Nəzərə alsaq ki, ədəbi tənqidlə şəxsi alçaltma arasında sərhəd qorunmalıdır, bu cür paylaşımlar da sərəncamda deyildiyi kimi ictimai mənəviyyata hörmətsizlik daşımır?

Suala cavab olaraq Azərbaycan Mətbuat Şurasının sədri Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid Bizim.Media-ya bildirdi ki, son vaxtlar sosial şəbəkələrin yaratdığı şərait bəzilərində elə düşüncə yaradıb ki, burda kimi istəsən aşağılamaq, haqqında böhtan yazmaq, onu gözdən salan fikirlər demək olar. Bu, əlbəttə ki, ictimai mənəviyyata qarşı hörmətsizlikdir:
 

“Cənab Prezidentin informasiyanın mühafizəsi haqqında qanuna dəyişiklikləri müsbət qarşılanır. Sosial mediada çox insan məsuliyyətsiz şəkildə davranır. Halbuki sosial medianın ciddi ictimai məkan olduğu dərk olunmalıdır. Əks təqdirdə, bununla bağlı cərimələr nəzərdə tutulur.


Amma inzibati tədbirlər öz yerində, eyni zamanda ictimai qınaq da olmalıdır. İstər gənc yazarlar olsun, istər vətəndaş cəmiyyətinin nümayəndələri olsun başqalarına qarşı hörmətsizlik edərkən qınağa tuş gəlməlidirlər. Mən özüm də fəal facebook istifadəçisiyəm. Görürəm ki, belə yollara əl atan gənc yazarları ictimaiyyət necə etirazla qarşılayır. Bundan sonra isə bu məsələlərdə ciddi qayda-qanun yaradılacaq”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO