Xəbər verdiyimiz kimi, bu gün Yevlaxda silahlı insident baş verib. Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı, 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yetirib.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, 16.01.2026-ci il tarixində saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ
Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.
Xatırladaq ki, Q. Səmədov 2019-cu ildə həbs edilib. O, vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.
Naibə Məmmədova, Bizim.Media





























































































