Yaşa görə müavinət alanların NƏZƏRİNƏ – Artımlarla bağlı deputatdan AÇIQLAMA

Yaşa görə müavinət alanların NƏZƏRİNƏ – Artımlarla bağlı deputatdan AÇIQLAMA

Hazırda oxunan: Yaşa görə müavinət alanların NƏZƏRİNƏ – Artımlarla bağlı deputatdan AÇIQLAMA

591071

Mövcud qanunvericiliyə görə, əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64,5 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə yaşa görə müavinət verilir. Hazırda həmin müavinətin məbləği 220 manatdır.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, ötən ilin dekabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 166,7 min nəfərdən çox olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur. Aylıq sosial müavinət alanların 36,8 %-ni kişilər, 63,2 %-ni isə qadınlar təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yaşa görə müavinət alanlara ŞAD XƏBƏR - VİDEO


Yanvar ayında əmək pensiyalarının 9 faiz civarında artacağı gözlənilir. Lakin bu artım yaşa görə müavinətə şamil edilməyəcək. Bu da o deməkdir ki, yaşayış minumumu 245 manat müəyyən olunan təqaüdçülərin bir hissəsi, yəni 166,7 min nəfərdən çoxu bu məbləğdən az, yəni 220 manat məbləğində müavinət almağa davam edəcəklər.

Bəs yaşa görə müavinətin artırılması gözlənilirmi?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Vüqar Bayramov deyib ki, indeksasiya sistemi əmək pensiyalarına şamil olunur:

“Əmək pensiyalarına şamil olunduğu üçün bütün növ əmək pensiyası alan vətəndaşlarımızda pensiya məbləğlərinin 9,2 faiz indeksləşdirilib artırılacağı gözlənilir. Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Əmək pensiyası alan həm yaşa, həm əlilliyə, həm də ailə başçısını itirməyə görə pensiyaçı vətəndaşlarımız  bu artımlardan faydalana biləcəklər”.

Onun sözlərinə görə, yaşa görə müavinət artırılması ilə bağlı da təkliflər təqdim edilib:
 

“Nəzərə alsaq ki, yaşa görə müavinətin artırlması da xüsusən də həmin vətəndaşlarımızın sosial təminatını daha da gücləndirilməsi baxımından vacib məqamlardan biridir. Mütəmadi olaraq sosial müavinətin artırılması ilə bağlı biz qərarların qəbul edilməsini müşahidə edirik.


2025-ci ildə də sosial müavinət və təqaüdün artırlması ilə bağlı cənab Prezidet tərəfindən sənəd imzalandı. Təbii ki, pensiyalarda əmək haqlarındakı artımlara uyğun indeksləşdirərək artımlar reallaşacaq. Mövcud maliyyə imkanları çərçivəsində yaşa görə müavinətin artırılması məsələsinə baxılması və bu istiqamətdə addımın atılmasını təklif edirik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO