Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən açıqlama - VİDEO

Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən açıqlama - VİDEO

Hazırda oxunan: Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən açıqlama - VİDEO

591033

Yarım milyon manatdan çox dəyəri olan heyvanları sahibkardan xəbərsiz satdıqları bildirilən çobanların yaxınları bu hadisədə elə ferma sahiblərini ittiham edirlər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.

Çobanlar - Kəmaləddin Hüseynov və Ceyhun Əskərovun ümumilikdə 1 377 baş heyvanı sataraq pulunu mənimsədikləri bildirilib.

Ancaq həbs olunan Kəmaləddin Hüseynovun bacısı və Ceyhun Əskərovun anası isə oğurluqda fermanın sahibinin əli olduğunu bildirirlər.

Oğurluqda ittiham edilən Ceyhun Əskərovun atası da baş verənlərin qurama olduğunu iddia edir.

Anasının iddiasına görə, ferma sahibi hətta başqa şəxslərə qarşı da belə əməllər törədib.
İddialarla bağlı qarşı tərəflə telefon əlaqəsi saxladıq. Fermanın sahiblərindən Firdovsi Baxışov deyilənlərin əsassız olduğunu dedi.

"Əgər deyilənlər kimi, günahkar olsaydıq, istintaqda təqsirli şəxs kimi biz həbs olunardıq", - deyə o bildirdi.

Firdovsi Baxışov onu da qeyd etdi ki, hətta ilk başda ferma sahibləri Ceyhun Əskərovla bağlı polisə şikayət etməyiblər, ancaq istintaq araşdırması nəticəsində onun da oğurluqda əli olduğu müəyyən edilib.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO