Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifəyə Elşən Hüseynov təyin olunub.
Yeni rəis daha əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu




































































































