Yanvarın 14-də Qusar rayonunun Böyük Muruq kəndində 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Afik Namik oğlunun anım mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləmiş, ailənin ehtiyac və qayğıları ilə maraqlanıb.
Şəhid Afik Namik oğlu Həsənov 1999-cu il 1 noyabr tarixində Qusar rayonunun Böyük Muruq kəndində anadan olub. Afik Həsənov 3 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçu ilə birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 14 yanvar 2021-ci ildə doğulduğu Qusar rayonunun Böyük Muruq kəndində dəfn edilib.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





























































































