Əti əsla bu paketdə dondurmayın: səbəb

Əti əsla bu paketdə dondurmayın: səbəb

Hazırda oxunan: Əti əsla bu paketdə dondurmayın: səbəb

590679

Bir çoxumuz mağazadan aldığımız əti elə öz qablaşdırmasında - yəni altındakı köpük (penoplast) qab və üzərindəki nazik plyonka ilə birbaşa dondurucuya qoyuruq.

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu, həm sağlamlıq, həm də ətin keyfiyyəti baxımından yanlışdır.

Bizim.Media xəbər verir ki, “milli.az” köpük qabların (penoplast) zərərlərini araşdırıb.
 

Mağaza qablaşdırmaları dondurulmaq üçün deyil, qısa müddətli soyutma üçün nəzərdə tutulub. Plyonka tam hava keçirməz (hermetik) deyil. Bu isə ətin üzərində "dondurucu yanığı" (freezer burn) yaranmasına, dad və keyfiyyət itkisinə səbəb olur.


Köpük qablar sıfırdan aşağı temperaturda kövrəkləşir və çatlayır. Nəticədə ət xarici maddələrlə təmas edə bilər.

Donma zamanı qabın quruluşu pozulduğu üçün, ət əriyərkən bakteriya yayan suların sızma ehtimalı artır.

Əti düzgün dondurmağın qaydaları:

Əti mağaza qabından çıxarın. Dondurucu üçün xüsusi olan paketlərə (ziplock) və ya vakuum torbalarına qoyun.

Paketin içindəki havanı maksimum dərəcədə boşaldın. Bu, ətin qurumasının və buzlanmasının qarşısını alacaq.

Əti bir dəfəyə bişirəcəyiniz miqdarda dondurun. Unutmayın ki, ərimiş əti təkrar dondurmaq olmaz.

Paketin üzərinə mütləq dondurulduğu tarixi yazın.

Əti dondurucunun qapı tərəfinə deyil, temperaturun ən stabil olduğu arxa hissələrinə yerləşdirin.

Saxlama müddətləri:

Mal və ya quzu əti: 4-12 ay.

Qiymə: 3-4 ay.

Toyuq əti: 9-12 ay.

Əti bişirməzdən əvvəl rəngində dəyişiklik, sürüşkən tekstura və ya qəribə qoxu olub-olmadığını mütləq yoxlayın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO