BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

Hazırda oxunan: BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

590626

Bakı Dövlət Universitetinin (BDU) təmirə bağlanacaq 1 saylı tədris korpusunun tələbələrinin müvəqqəti olaraq hansı universitetlərə köçürüləcəkləri məlum olub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, tələbələr təhsillərini müəyyən müddət ərzində Odlar Yurdu və ləğv edilmiş Asiya Universitetlərində davam etdirəcəklər. Təhsilalanlar artıq bu barədə məlumatlandırılıb.
 

Yeni semestrdən daha çox tələbəsi olan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələri Odlar Yurdu Universitetinə, Hüquqşünaslıq və Filologiya fakültələri isə Asiya Universitetinə yerləşdiriləcək.


Qeyd edək ki, BDU-nun təmiri ilə bağlı elan edilən 23 milyon manatlıq tenderin qalibi "Koneks Construction" MMC olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO