Milyarder İlon Mask bu günlərdə müsahibəsində çox iddialı danışıb. “Tesla”nın rəhbəri bildirib ki, yaxın gələcəkdə tibb universitetləri ləğv oluna bilər. Çünki 4 ilə Optimus humanoidi bütün ağır cərrahiyyələri həyata keçirəcək.
Qeyd edək ki, Optimus insanabənzər robotdur (humanoid) sənaye və fiziki əmək üçün dizayn edilib. Fabriklərdə, anbarlarda, logistikada ağır və təhlükəli işləri insanın əvəzinə görmək üçün nəzərdə tutulub.
Gələcəkdə isə plastik cərrahiyyədən tutmuş ən ağır cərrahi proseslərə qoşulacağı deyilir. Hələlik isə əşyaları o yan-bu yana daşımaqdan başqa bir işə yaramır.
Tibb üzrə ekspert, həkim Pərviz Nəbiyev mövzu ilə bağlı Bizim.Media-ya bildirdi ki, tibb universitetlərinin ləğv olunması nə yaxın, nə uzaq gələcəkdə ağlabatan görünür:
“Ola bilsin ki, texnologiya sürətlə inkişaf etdikcə təhsil forması dəyişər. Amma heç bir robot insanı əvəzləyə bilməz, xüsusilə də cərrahiyyədə... Robot proqramlaşdırılmış mexanizmdir. Onu necə qurublar elə də çalışır, onun instinktiv risk alma bacarığı yoxdur.
Əməliyyat zamanı sistem xətası ola bilər, həmin anda nə olacaq? Cərrahi əməliyyata həkimlərlə yanaşı mühəndis də salınacaq?
Bəzən gözlənilməz ürək dayanması, qanaxma və s. proseslər başlayır, həkim hətta protokol qaydalardan kənara çıxıb risk edə bilir, amma xəstənin həyatını xilas edir. Çünki həkim intuisiyası əslində yüzlərlə canlı əməliyyat təcrübəsindən toplanıb”.
Ekspert vurğuladı ki, İlon Mask hər şeydən əvvəl bir sahibkardır. Belə iddialı çıxış “malını satmaq” canfəşanlığıdır, investorları maraqlandırmağa çalışır. Medianın mərkəzində olmaq faktorunu da nəzərə alsaq, məqsəd “Tesla”nı gələcək illərdə də gündəmdə saxlamaqdır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:20 / 14.01.2026
Cərrahi əməliyyatları robotlar HƏYATA KEÇİRƏCƏK – Tibb universitetlərinin SONU YAXINLAŞIR?
Hazırda oxunan: Cərrahi əməliyyatları robotlar HƏYATA KEÇİRƏCƏK – Tibb universitetlərinin SONU YAXINLAŞIR?
Hazırda oxunan: Cərrahi əməliyyatları robotlar HƏYATA KEÇİRƏCƏK – Tibb universitetlərinin SONU YAXINLAŞIR?
590586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































