"Tərtərçay" sağ sahil suvarma kanalı yenidən qurulacaq - VİDEO

"Tərtərçay" sağ sahil suvarma kanalı yenidən qurulacaq - VİDEO

Hazırda oxunan: "Tərtərçay" sağ sahil suvarma kanalı yenidən qurulacaq - VİDEO

590437

“Beş rayon üzrə 67 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq 50 kilometr uzunluğunda “Tərtərçay” sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanmış və tikinti işlərinə başlanılacaqdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
 

O qeyd edib ki, Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən “Xaçınçay” su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15,5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6,2 min hektar təşkil edən “Köndələnçay” su anbarları təmir-bərpa edilmişdir:


“Laçın rayonunda həcmi 91 milyon kubmetr təşkil edəcək “Həkəriçay” su anbarının və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək “Bərgüşadçay” su anbarının tikintisi ilə əlaqədar layihə-smeta sənədləri yekunlaşmaq üzrədir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO