Şəmkirdə iki nəfər arasında mübahisə sonda qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Dəllər-Cırdaxan kəndində baş verib.
Kənd sakini 2008-ci il təvəllüdlü Elmir Cəfərov həmkəndlisi, 1986-cı il təvəllüdlü Pərviz Əliyevə kəsici deşici alətlə xəsarət yetirib.
Bıçaqlanan P. Əliyev Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, hadisəyə səbəb zərərçəkən şəxsin qarşı tərəfi təhqir etməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.



































































































