Yasamalda evdən və avtomobildən oğurluq edənlər SAXLANILDILAR

Yasamalda evdən və avtomobildən oğurluq edənlər SAXLANILDILAR

Hazırda oxunan: Yasamalda evdən və avtomobildən oğurluq edənlər SAXLANILDILAR

590395

Paytaxtın Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayonun A. M. Şərifzadə küçəsindəki mənzillərin birinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs oraya daxil olub, ev sahibinin 147 manatını talayıb.
 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı M. Əzimov müəyyən edilərək saxlanılıb. Rayon sakini polisə müraciət edərək ona məxsus “Volkswagen” markalı avtomobilindən naməlum şəraitdə videoqeydiyyat qurğusunun və monitorun oğurlandığını bildirib.


Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı E. Hacıyev müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO