Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı RƏSMİ AÇIQLAMA

59015

Bakıda qadın qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-i Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

*** 14:57

Bakıda qətl hadisəsi törədilib. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu “Qobu Park 2” yaşayış massivində qeydə alınıb.

Həmin ünvanda yaşayan kişi qeyri-rəsmi nikahda yaşadığı qadına çoxsaylı bıçaq xəsarəti yetirib.  

Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib. Qətl törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırılma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO