Sürücülərin NƏZƏRİNƏ - Bəzi yollarda görünüş məsafəsi 800 m-dək məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ - Bəzi yollarda görünüş məsafəsi 800 m-dək məhdudlaşacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ - Bəzi yollarda görünüş məsafəsi 800 m-dək məhdudlaşacaq

59000

Fevralın 8-nə avtomobil yollarında vəziyyət açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, fevralın 8-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax,

Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ucar-Zərdab-Ağcabədi, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə,

Xankəndi-Xocavənd, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq. 
Qeyd edək ki, gecə və səhər yüksək dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO