Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər LƏĞV OLUNDU

Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər LƏĞV OLUNDU

Hazırda oxunan: Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər LƏĞV OLUNDU

589848

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, Bakı – Moskva (Vnukovo) – Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.

Məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb.

Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.
 

Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.


Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO