Bakıda başqasını kəsici-deşici alətlə hədələyib qızıllarını oğurlayan şəxslər SAXLANILDILAR

Bakıda başqasını kəsici-deşici alətlə hədələyib qızıllarını oğurlayan şəxslər SAXLANILDILAR

Hazırda oxunan: Bakıda başqasını kəsici-deşici alətlə hədələyib qızıllarını oğurlayan şəxslər SAXLANILDILAR

589729

Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib. Polis əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C. Mikayılov müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edib.

Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş. Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO