Şəmkir sakinindən heroin və “Kalaşnikov” avtomatı götürüldü - FOTO

Şəmkir sakinindən heroin və “Kalaşnikov” avtomatı götürüldü - FOTO

Hazırda oxunan: Şəmkir sakinindən heroin və “Kalaşnikov” avtomatı götürüldü - FOTO

58954

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Valeh Zamanov saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “heroin”  aşkar edilərək götürülüb. 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində V. Zamanovun rayon ərazisində gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 59 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. 

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO