16 yaşlı Nuranəni öldürüb Kürə atan ərinə hökm oxundu

16 yaşlı Nuranəni öldürüb Kürə atan ərinə hökm oxundu

Hazırda oxunan: 16 yaşlı Nuranəni öldürüb Kürə atan ərinə hökm oxundu

589293

Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı arvadını öldürüb Kür çayına atmaqda ittiham olunan Seyidrəsul Talıbzadənin məhkəmə araşdırması başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Öldürülərək Kürə atılan 16 yaşlı Nuranənin qətlinin TƏFƏRRÜATI – VİDEO


Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

21 yaşlı müttəhimin yeniyetmə Nuranə Ələkbərovanı qətlə yetirməsi məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Hökmə əsasən, Seyidrəsula 11 il həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürüb və meyitini suya atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO