Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

Hazırda oxunan: Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

589092

Dövlət İmtahan Mərkəzi 5 fevral 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Şəxsi kabinetdə olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat //epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar.

Şəxsi kabinetyaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatvə ya Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

BB vəzifə qrupu üzrə test imtahanı 5 fevral saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 5 yanvar 2026-cı il saat 15:00-dan 25 yanvar saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 5 fevral saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.


Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 5 yanvar 15:00-dan 25 yanvar saat 18:00-dək həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO