Bakı 2026-cı il Ümumdünya Üzgüçülük Kubokunun start nöqtəsi olacaq

Bakı 2026-cı il Ümumdünya Üzgüçülük Kubokunun start nöqtəsi olacaq

Hazırda oxunan: Bakı 2026-cı il Ümumdünya Üzgüçülük Kubokunun start nöqtəsi olacaq

588879

Azərbaycanda ilk dəfə World Aquatics beynəlxalq federasiyasının turniri keçiriləcək. Bakı Silk Road Tour çərçivəsində 2026-cı il Ümumdünya Üzgüçülük Kubokunun start nöqtəsi seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə “World Aquatics”in nümayəndəsi Torin Koos məlumat yayıb.

O bildirib ki, 2025-ci ilin Kubokunda Şimali Amerikada rekord göstəricilərdən sonra tur Şərqə, Asiyaya yönəlir və Pekində keçiriləcək 18-ci qısa hovuz üzrə dünya çempionatına (25 m) hazırlığın vacib mərhələsi olacaq. Turnir zamanı idmançılar fərdi və dünya rekordları, triple crown bonusları və 2026-cı ilin Ümumdünya Kubokunun ən yaxşı kişi və qadın üzgüçü titullarını qazanmaq uğrunda mübarizə aparacaqlar.
 

Bakı yalnız turun start nöqtəsi kimi deyil, həm də “World Aquatics”ın rəsmi yarışını qəbul edən ilk Azərbaycan şəhəri olacaq. Bakı Su İdmanları Sarayı əvvəllər 2015 Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019 Avropa Gənclər Yay Olimpiya Festivalı kimi iri beynəlxalq yarışları keçirib.


Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Bakının seçilməsini ölkə üçün vacib hadisə adlandırıb:

“Bakı 2026-cı il Ümumdünya Üzgüçülük Kubokunun start nöqtəsi kimi seçilməsi Azərbaycanın su idmanlarının inkişafında simvolik mərhələdir. Su İdmanları Sarayı son onillikdə bir sıra böyük beynəlxalq yarışları qəbul edib, World Aquatics turnirinin ilk keçirilməsi isə ambisiyalarımızı yeni səviyyəyə çıxarır. Dünyanın ən güclü üzgüçülərini Bakıda görmək, gənc idmançılara ilham vermək və World Aquatics ilə əməkdaşlığı gücləndirmək üçün səbirsizliklə gözləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO