8 min tabut Azərbaycana niyə gətirilib?

8 min tabut Azərbaycana niyə gətirilib?

Hazırda oxunan: 8 min tabut Azərbaycana niyə gətirilib?

588716

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana 8 min ədəd ağacdan hazırlanmış tabut idxal olunub. Rəsmi gömrük statistikasına görə, bu məhsulların hamısı Çindən gətirilib.
 

Diqqətçəkən məqam ondan ibarətdir ki, cəmi bir il əvvəl — 2024-cü ildə tabutun nə idxalı, nə də ixracı ilə bağlı statistikada heç bir məlumat yer almayıb. Başqa sözlə, bir il ərzində göstərici sıfırdan minlərlə ədədə yüksəlib.


Bizim.Media xəbər verir ki, rəqəmləri gündəlik ritmə çevirsək, bu, demək olar ki, hər gün orta hesabla 25 tabutun ölkəyə daxil olması deməkdir.

Halbuki Azərbaycanda dəfn mərasimləri əsasən islam qaydalarına uyğun keçirilir və tabut, adətən, yalnız cənazənin daşınması üçün istifadə olunur. Mərasim başa çatdıqdan sonra isə tabut geri qaytarılır və ya məscidə təhvil verilir.

Ölkədə ağac emalı sahəsi olduğu halda tabutun xaricdən idxalı maraq doğurur.

Tabutların hansı qurumlar və ya ehtiyaclar üçün alındığı barədə məlumat yoxdur.
 

Xatırladaq ki, Azərbaycanda yaşayan xristian icmaları tabutdan dini ayinlərinə uyğun olaraq istifadə etsə də, bu icmaların sayının idxal olunan minlərlə tabutu tam izah edib-etmədiyi açıq qalır.


Görünür, bu rəqəm ölüm sayının artması ilə deyil, daha çox logistika, qiymət fərqi və mərkəzləşdirilmiş satınalma ilə bağlı ola bilər. (mənbə: ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO