Şəkidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ – FOTO

Şəkidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ – FOTO

Hazırda oxunan: Şəkidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ – FOTO

588709

Xəbər verdiyimiz kimi, ötən axşam Şəki şəhərində baş verən qəzada 3 nəfər yaralanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Opel” və “Hyudai” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 46 yaşlı Murad İmaməliyev, eləcədə sərnişinləri 36 yaşlı Pərviz Əhmədov və 45 yaşlı Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, müayinələrdən sonra “Opel”in sürücüsü Murad İmaməliyevdə döş qəfəsinin və diz oynağının əzilməsi, sərnişinlər Pərviz Əhmədovun kəllədaxili travma, döş qəfəsinin əzilməsi və hər baldırın səthi travması, Rəşad Məmmədovun isə kəllədaxili travma, hər iki dizin səthi travması, boynun səthi travması, döşq qəfəsinin əzilməsi müəyyən edilib.

Yaralıların həyatı təhlükəsi yoxdur və müalicələri davam etdirilir.

Baş vermiş yol qəzası ilə bağlı araşdırma aparılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO