Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında qeyd olunub.
Məlumata görə, Agentlik Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır.
Ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakla bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir.
Xüsusi karantin rejimi dövründə bu növ faktlar aşkarlanacağı təqdirdə müvafiq dövlət qurumları tərəfindən qarşısı alınacaq, təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 21.12.2020
Hotellərin elanlarına aldanmayın - RƏSMİ XƏBƏRDARLIQ
Hazırda oxunan: Hotellərin elanlarına aldanmayın - RƏSMİ XƏBƏRDARLIQ
Hazırda oxunan: Hotellərin elanlarına aldanmayın - RƏSMİ XƏBƏRDARLIQ
5887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.