Qarlı hava BU TARİXƏDƏK davam edəcək

Qarlı hava BU TARİXƏDƏK davam edəcək

Hazırda oxunan: Qarlı hava BU TARİXƏDƏK davam edəcək

588604

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir.
 

Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy, Tərtərdə 23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan, Şabranda 20 m/s, Daşkəsən, Mingəçevir, Gəncə, Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənir.


Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin tədricən mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO