Ötən əsrdə insanlar niyə divarlara xalça asırdılar? – TARİXİ SİRLƏR

Ötən əsrdə insanlar niyə divarlara xalça asırdılar? – TARİXİ SİRLƏR

Hazırda oxunan: Ötən əsrdə insanlar niyə divarlara xalça asırdılar? – TARİXİ SİRLƏR

588461

Otağın divarında xüsusi yer tutan rəngarəng, naxışlı xalçalar ötən əsrin əvəzolunmaz bir atributu idi. Əslində həmin xalçalar estetik görünüşdən daha çoxunu özündə ehtiva edirdi. Ən əsası divara asılan xalça sərvətin simvolu və göstəricisiydi.

Bizim.Media xəbər verir ki, qıtlıq illərində heç də bütün evlərin divarlarından xalça asılmırdı. Bu əslində o dövr varlı ailələrin əsas simvollarından biri idi.

Divardan asılan xalçalar, sabitliyin və rifahın maddi təcəssümü idi. Nəzərə alaq müasir dövrdən fərqli olaraq əvvəlki əsrlərdə xalçalar daha çox əllə və təbii materiallardan toxunurdu. Ona görə də həmin xalçalar bazarda kifayət qədər baha idi. Hətta bir neçə xalça satmaqla ötən əsrdə avtomobil almaq mümkün idi.

Ona görə də xalçalar uzun illər ən dəyərli ev əşyalarından biri idi. Bu əşya varlılığın simvolu olduğu üçün bəzən o dədə-babadan qalan irs kimi qorunub saxlanılırdı. Beləcə bəzi xalçaların bəzən 100 ildən artıq yaşı olurdu. Belə xalçalarsa hədsiz dərəcədə baha sayılırdı.

Divara asılan xalçanın praktik faydaları

Xalçalar zamanında təkcə simvol deyildi, həm də evə bəzək vermək, hətta mənzili isitmək üçün unikal vasitə idi. Nazik divarları olan tipik panel evlərdə ağır, tüklü xalça əlavə izolyasiya rolunu oynayır, soyuqdan və küləkdən qoruyurdu.
 

O, həmçinin əla səs izolyasiyası təmin edirdi. Nəzərə alaq ki, məşhur “xruşovka” evlərin divarları nazik idi. Ona görə də həmin binaların divarları səs və nəmişlik keçirirdi. Bu səbəbdən də divarlarda tez-tez qabarmalar, çatlar və digər qüsurlar yaranırdı. Xalçalar isə təmirdə hər hansı bir qüsuru tez, ucuz və effektiv şəkildə gizlətmək üçün ideal bir vasitə idi. Məsələn, divar kağızından fərqli olaraq, xalçalar hətta ən ciddi qüsurları da gizlədə bilirdi.


Ümumiyyətlə, evləri xalçalarla bəzəmək ənənəsi SSRİ-nin bir çox xalqları, xüsusən də Qafqaz və Orta Asiya mədəniyyətləri üçün xarakterik idi. Bu mədəniyyətlər üçün xalça əsl sənət əsəri və firavanlıq rəmzi idi. Bu milli estetika ümumittifaq interyer dizayn kanonu ilə mükəmməl şəkildə harmoniya təşkil edirdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO